
Nepalın mərkəzində dəhşətli avtobus qəzası baş verib.
Publika.az xəbər verir ki, sərnişin avtobusu sürücünün dönmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirməsi səbəbindən çaya düşüb.
Hadisə nəticəsində avtobusda olan 40 sərnişindən 19-ur ölüb, 18 nəfərdən çox insan ağır yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı polis araşdırma başladıb.
Könül