Kennedi sui-qəsdindən tam 25 DƏQİQƏ öncə - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Kennedi sui-qəsdindən tam 25 DƏQİQƏ öncə - ŞOK İDDİA

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin ölümü haqqında yayımlanan sənədlərdə şok detallar ortaya çıxıb.

Publika.az xəbər verir ki, sui-qəsddən 25 dəqiqə öncə Londonda fəaliyyət göstərən “Cambridge News” adlı yerli qəzetin redaksiyasına zəng gəlib. Zəng edən naməlum şəxs “ABŞ-dan böyük xəbərlər gələcək” deyib. O, jurnalistə “böyük xəbərlər üçün Amerikadakı səfirliyə zəng et” deyib və dəstəyi asıb. Bu zəngdən tam 25 dəqiqə sonra Con Kennedi Dallasda öldürülüb.

Sui-qəsd xəbəri yayıldıqdan sonra jurnalist polisə xəbər verib. Polis araşdırmanı kəşfiyyat agentliyinə təslim edib. Zəngə cavab verən jurnalistin dosyesindən hər hansı şübhəli detal tapılmayıb və güvənli biri olduğu bildirilib.

Sui-qəsdlə bağlı sənədlərin yayımlanmasından sonra ortaya çıxan bu bilgilər “Cambridge News” redaksiyasında təəccüblə qarşılanıb. Qəzetin siyasi müxbiri tvitter hesabında redaksiyanın arxivini araşdırmağa başaldıqlarını yazıb.

Zümrüd

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm