Kanadadan Kataloniya açıqlaması: “Dəstəkləyirik”
Bizi izləyin

Dünya

Kanadadan Kataloniya açıqlaması: “Dəstəkləyirik”

Kanadanın baş naziri Castin Trudeau Kataloniyanın müstəqillik qərarı ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, baş nazir ölkəsinin bölünməmiş İspaniyanı dəstəkləyəcəyini və tanıyacağını açıqlayıb.

O, Kataloniya probelminin İspaniyanın daxili məsələsi olduğuna diqqət çəkib:

“Yaşanan hadisələrin daxili çəkişmələr olduğunu bilirik. Biz sadəcə bu mübahisələrin İspaniya konsitutsiyasına, beynəlxalq hüquq qaydalarına və hüququn üstünlüyünə görə aparılmasının tərəfdarıyıq. Kanada birləşmiş İspaniyanı dəstəkləyir”.

Qeyd edək ki, İspaniyanın şərqində yerləşən Kataloniya Muxtariyyəti dünən müstəqillliyini elan etmişdi.

İspaniya senatı isə muxtariyyəti ləğv edərək, 6 ay içində konsitutsiyanın 155-ci maddəsinin tətbiq edilməsinə dair hökumətə səlahiyyət verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm