Tramp vəkillə müğənnini səhv saldı - FOTO
Bizi izləyin

Dünya

Tramp vəkillə müğənnini səhv saldı - FOTO

ABŞ prezidenti Donald Tramp daha bir tviti ilə aləmi bir-birinə qatıb.

Publika.az xəbər verir ki, prezident Amerikanın məşhur müğənnilərindən olan Li Qrinvudun 75 illik yubileyini təbrik etmək istəyib. Lakin yanlışlıqla təbrik mesajını müğənniyə deyil, vəkilə göndərib.

Trampın “Gözəl sənətkar, musiqiləri də özü kimi qeyri-adi olan Li, səni ürəkdən təbrik edirəm" yazdığı tviti skrin edən izləyicilər bunu sosial şəbəkələrdə paylaşaraq prezidenti gülüş obyektinə çeviriblər.

Sözügedən müğənni “Allahım Amerikanı qoru”(God Bless The USA) mahnısı ilə məşhurlaşıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm