İraq hökumətindən Bərzaniyə daha bir - Şok
Bizi izləyin

Dünya

İraq hökumətindən Bərzaniyə daha bir - Şok

İraq hökuməti Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaniyə daha bir şok yaşadıb.

Teleqraf.com xəbər verir ki, İraqın Mətbuat Nazirliyi Məsud Bərzaniyə bağlı olan Rudav Media Qrupunda daxil olan bütün media strukturlarının fəaliyyətinin dayandırılmasını tələb edib.

Nazirlik bəyan edib ki, Rudav Media Qrupu bu günə qədər yayım icazəsi almayıb, üstəlik fəaliyyət göstərdiyi müddətdə zorakılığı təşviq edib, cəmiyyətin sabitliyini və təhlükəsizliyini pozub.

Rudav Media Qrupu isə bəyan edib ki, bu qərar “siyasi” qərardır. Holdinq əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini tələb edib və bütün məsuliyyətin İraq hökumətinin üzərinə düşdüyünü vurğulayıb.

Məlumat üçün bildirək ki, Rudav Media Qrupu Məsud Bərzaniyə yaxınlığı ilə tanınır və muxtariyyətç liderini daima təbliğ edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm