Şagirdləri müxalifət mitinqinə qoymayan müəllim qovuldu
Bizi izləyin

Dünya

Şagirdləri müxalifət mitinqinə qoymayan müəllim qovuldu

Rusiyalı müxalif blogger Aleksey Navalnının təşkil etdiyi mitinqə getməmələri üçün şagirdlərinə məsləhət verən müəllim işdən qovulub.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İvanovo Şəhər Administrasiyasının rəisi Yelena Yeferova söyləyib. O, qovulan müəllimin İvanovo şəhərinin 14 nömrəli məktəbində çalışdığını söyləyib. Yeferova müəllimin bu cür söhbətlər aparmasının "Təhsil haqqında" qanunun pozulması olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə sosial şəbəkələrdə tələbələrinə Navalnının mitinqində iştirak etməmələrini məsləhət verən müəllimin görüntüləri yayılıb. Müəllim ölkədə seçkini və müxalifəti oyuncaq və nağıl adlandırmışdı. O, şagirdlərinin məktəbdə qalmalı olduğunu söyləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm