Sabiq prezidentin qardaşı həbs olundu - Jurnalistin qətlində günahkardır
Bizi izləyin

Dünya

Sabiq prezidentin qardaşı həbs olundu - Jurnalistin qətlində günahkardır

Burkina Faso respublikasının eks-prezidentinin qardaşı jurnalistin qətlinə görə Parisdə həbs olunub.

Publika.az xəbər verir ki, sabiq prezident Blez Kompaorenin qardaşı 63 yaşlı Fransua Kompaore Şarl de Qoll adına Hava Limanında saxlanılıb.

Fransua Kompaore 1998-ci ildə qətlə yetirilmiş burkinalı jurnalist Norbert Zongonun ölümündə günahlandırılır.

Fransua Kompaore Fransaya Fil Dişi Sahili (Kot-d İvuar) Respublikasından uçan təyyarə reysi ilə gəlib. Fransa sərhədçiləri hava limanında sabiq prezidentin qardaşına onun saxlanılmasına dair orderi təqdim ediblər. 48 saat ərzində Fransua Kompaore barədə qərar qəbul olunacaq. O, ekstradisiya oluna bilər.

1987-ci ildən Burkina Fasonu idarə etmiş Bleza Kompaore 2014-cü ildə devrilib. Buna səbəb hakimiyyətdə daha 5 il qalması üçün konstitusiyaya dəyişiklik etmək istəməsi olub. Bleza Kompaore inqilabdan sonra Fil Dişi Sahili Respublikasına qaçdı. Oradan isə Mərakeşə getdi.

Qardaşı da Burkina Fasodan ayrıldı. Jurnalist Norbert Zongo Fransua Kompaorenin sürücüsü Davida Uedraogonun işgəncə ilə öldürülməsi faktını araşdırıb və buna görə də qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm