• USD 1,7000 0,00% EUR 2,0661 0,00%
    • GBP 2,3748 0,00% RUB 0,0229 0,00%

İlk 30 dəqiqədə 10 milyon insan öləcək - Baş strateqdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

  • Dünya
  • 30 Oktyabr 2017 11:06
  • 2 866 Baxış
İlk 30 dəqiqədə 10 milyon insan öləcək - Baş strateqdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stefan Bannon Türkiyə və Qətərlə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, Bannon Londonda çıxan “Şarku'l Avsat” qəzetinə verdiyi müsahibədə Türkiyənin İrandan daha təhlükəli olduğunu bildirib.

“ABŞ üçün ən böyük təhlükə Türkiyədir. Türkiyə qonşusu İran qədər təhlükəli deyil, ondan daha təhlükəlidir. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki Türkiyədə gerçəkdə nələrin baş verdiyinin fərqində deyilik. Bu, mənim üçün prioritet məsələ olacaq”.

O həmçinin Qətərin Koreya Xalq Demokratik Respublikadan (KXDR) daha təhlükəli olduğunu iddia edib. Müharibə tərəfdarı mövqeyi ilə tanınan Bannon bəzi ərəb ölkələrinin Qətərə qarşı embarqoları dəstəklədiyini bildirib:

“Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Səudiyyə Ərəbistanını Qətər əleyhinə hərəkətə keçirdiyi üçün Trampa təşəkkür edirəm. Qətərə qarşı boykot ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərindən qısa müddət sonra başladı”.

Koreya yarımadası ətrafındakı böhrana toxunan strateq ABŞ-ın müzakirə masasında bir hərbi variant olmadığını deyib.

“Koreya Xalq Demokratik Respublikasına qarşı hər hansı hərbi hücumun ilk 30 dəqiqəsində Seulda 10 milyon insan həyatını itirə bilər”, - Bannon xəbərdarlıq edib.

Xatırladaq ki, məhz bu sözlər onun vəzifəsindən çıxarılmasına səbəb olmuşdu.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR