Belçika Kataloniya liderinə sığınacaq verəcək
Bizi izləyin

Dünya

Belçika Kataloniya liderinə sığınacaq verəcək

Belçika İspaniyanın Kataloniya muxtariyyətinin prezidenti Karles Puçdemona qucaq açmaq niyyətindədir.

Publika.az xəbər verir ki, Belçikanın miqrasiya işləri üzrə naziri Teo Franken K.Puçdemonun ədalətsiz şəkildə mühakimə ediləcəyini düşünərək, ona sığınacaq verə biləcəklərini qeyd edib:

"Puçdemon Belçika hökumətinə sığınacaqla bağlı müraciət etməyib. Lakin biz, İspaniyanın onu ədalətsiz şəkildə mühakimə edəcəyini düşündüyümüz üçün, belə bir müraciət edərsə, ona sığınacaq verməyə hazırıq. Bunun İspaniya ilə Belçika arasındakı diplomatik əlaqələri gərginləşdirəcəyini yaxşı başa düşürük".

Nazir onu da qeyd edib ki, Kataloniya lideri K.Puçdemon Belçikaya sığınarsa, Belçika qanunlarına görə, onun İspaniyaya ekstradisiyası mümkün deyil.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm