Türkiyəni qan gölünə çevirmək PLANI - 19 gün əvvəl ANONSU VERİLMİŞDİ - VİDEO
Bizi izləyin

Dünya

Türkiyəni qan gölünə çevirmək PLANI - 19 gün əvvəl ANONSU VERİLMİŞDİ - VİDEO

ABŞ və Türkiyə arasında viza böhranının əsas səbəbkarlarından biri kimi göstərilən ABŞ-ın Türkiyədəki səfiri Con Bass Ankaradan getməzdən əvvəl - oktyabrın 11-də İŞİD terror təşkilatı ilə bağlı qalmaqallı bəyanat vermişdi. Amerikalı diplomat 9 aydan çoxdur ki, İŞİD terror təşkilatının Türkiyədə terror aktları törətməməsini qabartmışdı.

O bildirmişdi ki, İŞİD-in son 9 ayda Türkiyəyə qarşı ciddi bir hücum həyata keçirməməsinin səbəbi heç də terror təşkilatının bundan vaz keçməsi ilə bağlı deyil. Səfirin sözlərinə görə, İŞİD-in Türkiyədə terror aktları törətməməsinin səbəbi iki ölkənin əməkdaşlığının nəticəsidir. Diplomat bununla da İŞİD-in iplərinin ABŞ-ın əlində olduğunu etiraf etmişdi. Türkiyədə İŞİD-ə qarşı həyata keçirilən son əməliyyatlar da Con Bassın İŞİD üzərindən Ankaranın təhdid etməsini yada salıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri İŞİD-in 29 oktyabr Cümhuriyyət Gününə planlaşdırdıqları genişmiqyaslı terror aktlarının qarşısını alıb.

Son iki gündə ölkənin 9 vilayətində keçirilən əməliyyatlarda ümumilikdə 143 nəfər saxlanılıb. Onların əksəriyyəti xarici vətəndaşlardır. İzmirdə tutulan İŞİD üzvlərindən 2-sinin isə azərbaycanlı olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm