"İphone X" modelinin mühəndisi işindən qovuldu - FOTOLAR
Bizi izləyin

Dünya

"İphone X" modelinin mühəndisi işindən qovuldu - FOTOLAR

Hələ satışa çıxmazdan əvvəl "Apple" şirkəti tərəfindən istehsal edilən yeni "İphone X" modelinin mühəndislərindən biri işindən qovulub. Səbəb rəsmi təqdimatdan əvvəl telefonun görüntülərinin yutub kanalında yayımlanması olub.

Publika.az xəbər verir ki, 4 ildir "Apple" şirkəti ilə çalışan mühəndisin qızı “Youtube blogger” Bruk Amelia Peterson atasını ziyarətə gələrkən şirkət daxilində gizli şəkildə telefonun görüntülərini çəkib.

Şirkət rəhbərliyi sözügedən videonun dərhal yutub kanalından silinməsini tələb edib. Video silindikdən sonra isə qızın atası şirkətə aid texnoloji sirri yaydığı, eləcə də daxili qaydaları pozaraq məxfi informasiyalar sızdırdığı üçün işindən qovulub.

Atasının işdən azad olunduğunu eşidən qız isə, yenidən həmin görüntüləri “Heç də peşman deyiləm” başlığı ilə yutub kanalına yükləyib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm