Trampın qonağı olan aktyor: “O qədər sıxıcı idi ki, narkotik çəkdim”
Bizi izləyin

Dünya

Trampın qonağı olan aktyor: “O qədər sıxıcı idi ki, narkotik çəkdim”

Hollivudun məşhur simalarından biri olan Vudi Harelson ABŞ prezidenti Donald Trampla bağlı maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, aktyor 2002-ci ildə hazırkı prezidentlə qatıldığı axşam yeməyindən danışıb.

O, Trampın dözülməz biri olduğunu deyib:

“Tramp ilə axşam yeməyi çox qəddarca idi. Daha öncə bu qədər nasist və özünübəyənmiş biri ilə qarşılaşmamışdım. O, bütün zamanını özünü tərifləməklə keçirdi. Yeməyin yarısı çatmamış tədbirin qalan qismində davam gətirə bilmək üçün narkotik tərkibli siqaret çəkmək məcburiyyətində qaldım” - deyib.

Qeyd edək ki, aktyor narkotik maddə qəbul etməyindən rahatlıqla söhbət açıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm