Kataloniya məğlubiyyətini tanıdı
Bizi izləyin

Dünya

Kataloniya məğlubiyyətini tanıdı

Katalon parlamenti İspaniya hökumətinin qərarını tanıyıb və növbədənkənar seçkilərin keçirilməsinə qədər fəaliyyətini dayandırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Katalon parlamenti oktyabrın 27-də regionun müstəqilliyi haqqında qətnaməni qəbul edib. Amma qətnamə nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc edilib. Qətnamə qüvvəyə minməsi üçün rəsmi bülletenlərdə dərc edilməlidir.

Elə həmin gün İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqini təsdiq edib. Sözügedən maddə Kataloniyanın ispan hakimiyyətinin birbaşa idarəsinə keçməsinə imkan verir. İspaniyanın baş naziri Mariano Raxoy muxtariyyət hökumətinin üzvlərinin, həmçinin baş nazir Karles Puçdemonun vəzifələrindən kənarlaşdırıldığını bldirib.

Muxtariyyətdə növbədənkənar seçkilər dekabrın 21-nə təyin edilib. Puçdemon oktyabrın 28-də bildirmişdi ki, ispan hakimiyyətinin qərarlarını tanımır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm