Rusiya kosmosda nüvə stansiyası yaradır
Bizi izləyin

Dünya

Rusiya kosmosda nüvə stansiyası yaradır

Rusiyanın Federal Kosmik Agentliyi "Roscosmos" üzərindəki nüvə stansiya sistemi vasitəsilə orbitdəki digər peykləri enerji ilə təmin edə biləcək yeni kosmik vasitə hazırlamağı planlaşdırır.

Publika.az xəbər verir ki, Roscosmosun hazırlamağı planlaşdırdığı kosmik vasitə mərkəzi Sankt-Peterburqda yerləşən şirkət tərəfindən ərsəyə gətiriləcək. Agentlik 2018-ci ilin noyabr ayının sonuna qədər şirkətdən kosmik vasitənin xüsusiyyətlərini, orbitə göndərilməsi prosesi və təhlükəsizliyi haqqında ətraflı məlumat yayımlamağı tələb edib.

Kosmik gəmilərin gövdə hissəsində yerləşdiriləcəyi bu vasitələrin layihəsinə hələ 2010-cu ildən başlanılmışdı.

Sovetlər dövründə nüvə stansiya xüsusiyyətli 30 kosmik vasitə hazırlanmışdı ki, bunlardan biri olan "Kosmos-954" 1978-ci ildə Kanadaya düşmüşdü.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm