Daha bir qadın Putinin yerinə göz dikdi: Rusiyanı bu sarışın idarə edə bilər
Bizi izləyin

Dünya

Daha bir qadın Putinin yerinə göz dikdi: Rusiyanı bu sarışın idarə edə bilər

Gələn il Rusiyada keçiriləcək prezident seçiklərinə daha bir qadın namizədliyini irəli sürüb.

Publika.az xəbər verir ki, aparıcı Kseniya Sobçakdan sonra, jurnalist və insan haqları müdafiəçisi Yekaterina Qordon da prezidentliyə iddialı olduğunu deyib.

Yeni namizəd sosial hesabından verdiyi açıqlamada qadınların səsi olacağını bildirib:

“Haqqımdan istifadə edib Rusiya prezidentliyinə namizəd olmağa qərar verdim. Ehtimal ki, qərarları nazirlik tərəfindən koordinasiya edilməyən yeganə namizəd olacam. Mən qadınların səsi olacam”.

Y.Qordon proqramının qadın və uşaqların haqlarının qorunmasını ehtiva edəcəyini qeyd edib.

Qeyd edək ki, Vladimir Putinin kreslosuna göz dikənlər arasında qadınların çoxluq təşkil edəcəyi proqnozu daha öncədən verilmişdi. Bu qadınlar arasında Rusiyanın Sosial Demokrat Qadınlar Birliyi sədri Nataliya Velikaya, Milli Valideyn Komitəsinin sədri İrina Volinets və Peterburq Bələdiyyə sədrinin qızı Kseniya Sobçak daha çox diqqət çəkir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm