Dünya
Asiya səfəri öncəsi Trampa SƏRT XƏBƏRDARLIQ: “İşimizə qarışma!”
Çinin Vaşinqtondakı səfiri Cui Tiankayi ABŞ prezidenti Donald Trampa Asiyaya ilk rəsmi səfərindən öncə sərt xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, səfir Vaşinqton hökumətindən Cənubi Çin dənizindəki hegemonluq mübahisələrinə qarışmamasını tələb edib.
C.Tiankayi Çin ilə cənub-şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) Cənubi Çin dənizindəki mövqeyi ilə bağlı verdiyi qərarlara ABŞ-ın qarışmamasının daha faydalı olacağını deyib. O, sözügedən ölkələrə öz aralarında daimi və dostyana həll yolu tapmalarına dair çağırış edib.
Səfir ABŞ-ın bu mövzuya müdaxilə edəcəyi təqdirdə, problemlərin
daha da mürəkkəbləşəcəyini qeyd edib:
“Əgər ABŞ və yaxud başqa bir ölkə bu razılaşma müddətindəki
hadisələrə müdaxilə etməzsə və təcili qəbul edilmiş qərarlara əngəl
olmazsa, bu hamı üçün faydalı olacaq. Biz də ASEAN ölkələri ilə
birgə buna ümid edirik”.
Zümrüd
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO