Hollivudun məşhur serialının çəkimləri dayandı - Təcavüz iddiası
Bizi izləyin

Dünya

Hollivudun məşhur serialının çəkimləri dayandı - Təcavüz iddiası

ABŞ-ın serial və film şirkəti "Netflix"in ən uğurlu layihərindən biri olan "House of Cards"ın çəkimlərini dayandırılır.

Publika.az xəbər verir ki, 6 ildir çəkilən teleserialın dayandırılmasına səbəb isə amerikalı siyasətçi, demokrat Frenk Andervud obrazını canlandıran 58 yaşlı Hollivud ulduzu Kevin Speysi haqqında irəli sürülən təcavüz ittihamları ilə bağlıdır.

İddialara görə, Entoni Repp illər əvvəl K.Speysi tərəfindən təcavüzə məruz qaldığına dair mətbuata açıqlama verib. K.Speysi isə hadisəni xatırlamadığını deyərək ondan üzr istəyib.

Müxtəlif mükafatlara (33 nominasiyada "Emmy" və 8 nominasiyada "Qızıl Kürə") layiq görülən teleserialın qəhrəmanı homoseksual olduğunu da təsdiqləyib.

Bu qərarın ardından "Neftlix" şirkətinin ABŞ birjasındakı səhmlərində 1.17%-lik azalma müşahidə olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm