Suyun altında jurnalistə təcavüz edib, cəsədini parçalara ayırdı - FOTOLAR
Bizi izləyin

Dünya

Suyun altında jurnalistə təcavüz edib, cəsədini parçalara ayırdı - FOTOLAR

İsveçrəli jurnalist Kim Vull xəbər yazmaq üçün danimarkalı ixtiraçı Peter Madsenin sualtı gəmisinə gedib.

Publika.az xəbər verir ki, bu hadisədən sonra jurnalist qəflətən yoxa çıxıb.

Polis Peter Madseni şübhəli şəxs qismində həbs edib. İxtiraçı polisə ifadəsində jurnalistin suyun altında ikən karbonmonoksiddən zəhərləndiyini deyib. O, cəsədi gizlətmək üçün onu parçalara ayırıb və Kopenhagen yaxınlığında suya atıb.

Jurnalistin cəsədi tibbi ekspertizaya verilib. Cəsədin genital bölgəsində, qabırğa sümükləri nayihəsində öldüyü anda, ya da öldükdən sonra kəsici alətlə müdaxilə edildiyi ortaya çıxıb. Polis P.Madsenin jurnalistin bədənini parçalama cinayətinə cinsi təcavüz ehtimalını da əlavə edib. Tibbi ekspertlər cəsədin cinsi orqanındakı 14 bıçaq zərbəsinin cinsi motivasiyaya işarə etdiyini bildirib.

Qeyd edək ki, P.Madsen 10 avqust tarixində baş verən hadisə gecəsi jurnalisti sahilə apardığını deyərək cinayətdən boyun qaçırmışdı. Ancaq daha sonra ifadəsini dəyişdirərək sualtı gəminin 70 kq ağırlığında olan qapağının K.Vullun başına düşməsi ilə öldüyünü demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm