Madriddən Kataloniyaya növbəti ZƏRBƏ
Bizi izləyin

Dünya

Madriddən Kataloniyaya növbəti ZƏRBƏ

İspaniyanın Konstitusiya Məhkəməsi Kataloniya muxtar vilayətinin parlamenti tərəfindən birtərəfli qaydada elan edilmiş müstəqilliyi haqqında qətnamənin hərəkətini dayandırıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda məhkəmənin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Katalon parlamenti oktyabrın 27-də regionun müstəqilliyi haqqında qətnaməni qəbul edib. Amma qətnamə nə Kataloniya parlamentinin, nə də muxtariyyət hökumətinin rəsmi bülletenində dərc edilib. Qətnamə qüvvəyə minməsi üçün rəsmi bülletenlərdə dərc edilməlidir.

Elə həmin gün İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqini təsdiq edib. Sözügedən maddə Kataloniyanın ispan hakimiyyətinin birbaşa idarəsinə keçməsinə imkan verir. İspaniyanın baş naziri Mariano Raxoy muxtariyyət hökumətinin üzvlərinin, həmçinin baş nazir Karles Puçdemonun vəzifələrindən kənarlaşdırıldığını bldirib.

Oktyabrın 30-da isə Kataloniya parlamenti İspaniya hökumətinin qərarını tanıyıb və növbədənkənar seçkilərin keçirilməsinə qədər fəaliyyətini dayandırıb.

Muxtariyyətdə növbədənkənar seçkilər dekabrın 21-nə təyin edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm