• USD 1,7000 0,00% EUR 2,0327 0,00%
    • GBP 2,3622 0,00% RUB 0,0228 0,00%

Nüvə poliqonu çöküb - 200 ölü - ŞOK İDDİA

  • Dünya
  • 31 Oktyabr 2017 17:07
  • 1 231 Baxış
Nüvə poliqonu çöküb - 200 ölü - ŞOK İDDİA

Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə poliqonunda tunelin dağılması zamanı ən azı 200 işçi həlak olub.

Publika.az xəbər verir ki, bu haqda “Asahi TV”yə istinadən “Yonxap” agentliyi bildirib.

Məlumata görə, təxminən 100 nəfər tuneldə dağ süxurlarının uçqunu zamanı həlak olub. Daha 100 nəfər isə onların xilas cəhdi zamanı ikinci uçqunun baş verməsi nəticəsində həyatını itirib.

Hadisənin başqa detalları açıqlanmır.

Qeyd olunur ki, hadisə oktyabrın 10-da baş verib. Hazırda hadisənin təfərrüatları araşdırılır.

Ekspertlərin sözlərinə görə, uçqunların səbəbi bir neçə nüvə sınağından sonra dağ süxurlarının yerdəyişməsinə görə baş verə bilər.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR