Dünya
ABŞ-ın Rusiyadakı bütün konsulluqları vizaların verilməsini bərpa etdi
ABŞ-ın Rusiyadakı bütün konsulluqları vizaların verilməsini bərpa edib.
Publika.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya ABŞ-ın Moskvadakı səfirliyindən bildirilir.
Məlumata görə, ABŞ-ın Sankt Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarında vizalar hələlik məhdudiyyətlərlə verilir. Belə ki, qeyd olunan konsulluqlarda vizalar yalnız müsahibə keçməyə gərək olmayan vətəndaşlara verilir.
Məlumata görə, əvvəllər ABŞ vizası almış və həmin tip viza üçün təkrar müraciət etmiş şəxslər müsahibədən azaddır. Daha bir şərtə görə, sonuncu vizanın müddətinin başa çatdığı tarixdən bir ildən çox vaxt keçməməlidir.
Qeyd edək ki, ABŞ səfirliyi avqustda Sankt Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarının fəaliyyətinin müvəqqəti dayandırıldığını elan edib. Buna səbəb Rusiyanın ABŞ Dövlət Departamentindən diplomatik missiyanın sayını 1210 nəfərdən 455 nəfərədək azaltmaq tələbi olub. (apa)
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO