Ən kasıb prezidentin cazibədar katibəsi ölkəni qarışdırdı - FOTOLAR
Bizi izləyin

Dünya

Ən kasıb prezidentin cazibədar katibəsi ölkəni qarışdırdı - FOTOLAR

Belə ki, ən kasıb prezident kimi medianın gündəmindən əksilməyən Xose Mujika bu dəfə başqa məsələ ilə məşhurlaşıb. birdən-birə məşhurlaşan 33 yaşlı katibəsi Fabiana Leis manekenliyə başlamaq qərarı alıb. Bundan sonra isə bir jurnala pozalar verib

Publika.Az xəbər verir ki, Latın Amerikasının sakit ölkəsi sayılan Uruqvay yenidən dünya mətbuatının ən çox danışılan mövzularından birinə çevrilib.

Belə ki, ən kasıb prezident kimi medianın gündəmindən əksilməyən Xose Mujika bu dəfə başqa məsələ ilə məşhurlaşıb. Onun birdən-birə məşhurlaşan 33 yaşlı katibəsi Fabiana Leis manekenliyə başlamaq qərarı alıb. Bundan sonra isə bir jurnala pozalar verib.

Dünyanın ən ciddi və yoxsul prezidenti kimi tanınan 79 yaşlı Xose Mujikanın belə rəngarəng bir kadrının olması ABŞ mətbuatında böyük səs-küyə səbəb olub.Fabiana Leisin meneceri tərəfindən mediaya verilən şəkillər katibənin modellik kariyerasında yüksəlməsinə kömək edəcək.

Xatırladaq ki, dünyanın ən kasıb prezidenti hesab edilən Mujikanın ayda cəmi 775 dollarla yaşadığı iddia olunur. O vəziyyəti elə də ürəkaçan olmayan fermaların birində öz həyat yoldaşı ilə yaşayır və cəmi iki polis onları mühafizə edir. X. Mujika öz 12 min dollarlıq maaşının 90%-ini xeyriyyə təşkilatlarına bağışlayıb, özü isə torpaq sahəsində işləyir, burada çiçək becərir. O adətən əmək haqqını kasıblara və xırda sahibkarlara bağışlayır.

2010-cu ildə Mujikanın illik gəliri 1800 dollar olub. Bu il isə prezident həyat yoldaşının aktivlərinin yarısını öz sərvətinə qatdıqdan sonra bu məbləğ 215 min dollara qalxıb.

Xose Mujika 2009-cu ildə prezident seçilib. O 1960-70-ci illərdə “Tupamaros” adlı kommunist partizan hərəkatının üzvü kimi mübarizə aparıb.

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm