Tramp: “Samuray yaponlar niyə Şimali Koreyanı vurmur?”
Bizi izləyin

Dünya

Tramp: “Samuray yaponlar niyə Şimali Koreyanı vurmur?”

Asiya turu çərçivəsində Yaponiyaya səfər edən ABŞ Prezidenti Donald Tramp daha bir qalmaqallı açıqlamaya imza atıb.

Publika.az xəbər verir ki, prezident Yaponiyanın döyüşçü samuraylar ölkəsini olduğunu, ancaq onların niyə Şimali Koreyanı vurmadıqlarını anlamadığını deyib.

Tramp yaponların savaş ruhuna heyran qaldığını, ancaq yaponların niyə Şimali Koreyaya hərbi müdaxilə etmədiyinin onun üçün sirr olaraq qaldığını deyib.

Qeyd edək ki, Şimali Koreya 29 avqust və 15 sentyabr tarixlərində Yaponiyanın hava sahəsindən ballistik raket atmış, hər iki raket Hokkadio adasından keçərək Sakit okeana düşmüşdü. Yaponiya isə quru sərhədlərini pozmadığına görə raketlərə müdaxilə etməmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm