NATO kiberəməliyyat mərkəzi yaradır
Bizi izləyin

Dünya

NATO kiberəməliyyat mərkəzi yaradır

NATO Avropa və Atlantikada öz güclərinin portativliyinin artırılması üçün yeni komanda strukturunun yaradılmasına başlayıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Hərbi alyansın rəhbəri qeyd edib ki, NATO hərbi hədəflərə çatmaq üçün Avropa İttifaqının nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün tələblər siyahısını hazırlamağa başlayıb.

Həmçinin, onun sözlərinə görə, ittifaq öz ölkələrinin kibernetika imkanlarını səfərbər edir. Yens Stoltenberq vurğulayıb ki, NATO ittifaqın komanda strukturunun islahı çərçivəsində kiberəməliyyat mərkəzini yaradacaq.

Baş katib qeyd edib ki, kibernetika imkanlarının tətbiqi beynəlxalq hüquqa uyğun olaraq həyata keçiriləcək. O, bu imkanlardan artıq İŞİD terror qruplaşmasına qarşı tətbiq olunduğunu söyləyib.

Stoltenberq vurğulayıb ki, NATO-nun müdafiə planları konkret ölkələrə qarşı yönəlməyib.

“NATO müdafiə ittifaqıdır və bizim müdafiə planlarımız hər hansı konkret ölkəyə qarşı yönəlməyib. NATO ittifaqa üzv ölkələrə birbaşa təhdid hiss etmir”, - o söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm