Dünya
İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?
İrəvanda tələbələrin etiraz aksiyası davam
edir.
Publika.az xəbər verir ki, artıq üçüncü gündür
davam edən etirazlarda tələbələr ordudan möhlət hüququnun ləğvinə
etiraz edirlər.
Son məlumata görə, İrəvanda yağış yağmasına baxmayaraq, aksiya
təxirə salınmayıb.
“Elmin inkişafı naminə” təşəbbüs qrupu aksiyaların davam edəcəyini
bəyan edib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən hazırlanan
“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi
parlamentdə ilk oxunuşda qəbul edilib. Yeni qanuna görə,
aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ
verilməyəcək. Təhsilini davam etmək istəyən tələbəyə yalnız Müdafiə
Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə icazə veriləcək. Lakin
həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət
keçməlidir.
“Aykakan jamanak” qəzeti dünən yazıb ki, etiraz aksiyaları davam
edərsə, müdafiə naziri Viqen Sarkisyanın istefa verməsi gündəmə
gələ bilər.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO