Türkiyədə İŞİD əməliyyatı: 245 şübhəli saxlanıldı
Bizi izləyin

Dünya

Türkiyədə İŞİD əməliyyatı: 245 şübhəli saxlanıldı

Türkiyənin paytaxtı Ankarada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, 250 ünvanda təşkil edilən əməliyyat nəticəsində 245 şübhəli şəxs saxlanılıb, onlardan 101 nəfəri həbs edilib.

Əməliyyatda Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə və Kəşfiyyat şöbəsinin 1500 əməkdaşı iştirak edib.

Aralarında İŞİD-lə bağlantısı olan “Tatlıbal qrupu” üzvlərinin də olduğu şübhəli şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda təşkilati və dijital materiallar tapılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm