İlk vəzifə tamamladı, ikinci vəzifə bu ölkələri parçalamaqdır - ŞOK PLAN
Bizi izləyin

Dünya

İlk vəzifə tamamladı, ikinci vəzifə bu ölkələri parçalamaqdır - ŞOK PLAN

Suriya və İraqda xəritənin 65 faizini dəyişdirən İŞİD terror təşkilatı PKK və peşmərgənin fəaliyyəti üçün əlverişli şərait yaradaraq ilk vəzifəsini tamamlayıb.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, terror təşkilatı sözçüsü 6 dəqiqəlik video müraciəti ilə “çölə qayıdış” qərarını açıqlayıb.

İŞİD-in sözçüsü fəaliyyətə başladıqları İraqın Anbar vilayətinə dönəcəklərini, fəaliyyətlərinə “dövlətsiz və torpaqsız” davam edəcəklərini söyləyib. Çöldəki düşərgələrdə kamikadze hücumları üçün təlimlər keçiriləcək. Təşkilat İraqın Nəcəf, Bağdad və Bəsrə bölgələrində terror hücumlarını artıracağını açıqlayıb.

Təşkilatın yeni hədəfi isə Səudiyyə Ərəbistanı və Liviyanın parçalanması planında kritik rolları üzərinə götürməkdir.

Yaxın Şərq üzrə suriyalı ekspert Zəkəriyyə Mollahafci İraq və Suriyada missiyasını tamamlayan İŞİD-in İordaniya üzərindən Səudiyyə Ərəbistanına keçəcəyini söyləyib. İŞİD-in Liviya və Səudiyyə Ərəbistanının parçalanmasında əhəmiyyətli rol oynayacağını deyən Mollahafci, Səudiyyə Ərəbistanının Asiyr bölgəsi başda olmaqla, 3 fərqli nöqtədə təşkilatın qərargahlarının hazırlandığını iddia edib. Suriyalı ekspert 2018-ci ildən etibarən Liviya və Səudiyyə Ərəbistanı timsalında İŞİD-in təsirinin daha da artacağını vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm