Bu güclər ölkəni məhv etmək üçün kifayət edəcək – SAHİLƏ YAXINLAŞDILAR - VİDEO
Bizi izləyin

Dünya

Bu güclər ölkəni məhv etmək üçün kifayət edəcək – SAHİLƏ YAXINLAŞDILAR - VİDEO

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin zərbə qruplaşmasına daxil olan üç atom təyyarədaşıyanı, raket kreyserləri, esmineslər və qanadlı raketlərlə təchiz olunan atom sualtı gəmiləri Yapon dənizinə daxil olub.

Publika.az xəbər verir ki, “Nimis” (CVN 68), “Teodor Ruzvelt” (CVN 71) və “Ronald Reyqan” (CVN 76) təyyarədaşıyanları Koreya Xalq Demokratik Respublikasının sahillərində cəmləşir.

Təyyarədaşıyan gəmilərin hər biri göyərtəsində 90 təyyarə və vertolyot aparır. “Ticonderoga” tipli raket kreyserləri və “PVO-PRO Aegis” sistemləri ilə təchiz edilmiş “Arleigh Burke” esminesləri onları müşayiət edir. İndernetdə dərc edilən görüntülərə görə, göyərtə aviasiyası və nüvə silahı daşıya bilən “B-1 Lancer” strateji bombardmançıları manevrlərdə iştirak edir.

Daha əvvəl isə “Virginia” tipli ABŞ atom sualtı gəmilərinin regiona gəldiyi barədə xəbər verilib.

Seuldan bildiriblər ki, Amerika eskadrası Cənubi Koreyanın Hərbi-Dəniz Qüvvələri ilə birgə təlimlər keçirir. Təlimlərdə rəqibin suüstü və sualtı gəmiləri ilə mübarizə, raketin işə salınmasına nəzarət, dənizdə xilasetmə əməliyyatları və digər məsələlər yerinə yetirilir.

Vaşinqtonda və Seulda gizlətmirlər ki, genişmiqyaslı dəniz manevrləri Koreya Xalq Demokratik Respublikasının rəhbərliyinə xəbərdarlıqdır. Daha əvvəl ABŞ prezidenti Donald Tramp Pxenyandan müttəfiqlərin səbrini “sınamamağı” xahiş edib. Dövlət başçısı vurğulayıb ki, Şimali Koreyanın məhv edilməsi üçün güclər kifayət edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm