Bu silahlarla ancaq Türkiyə vurula bilər – Gizli razılaşmanın ŞOK DETALLARI
Bizi izləyin

Dünya

Bu silahlarla ancaq Türkiyə vurula bilər – Gizli razılaşmanın ŞOK DETALLARI

Razılaşma 2015-ci avqustun 31-də əldə edilib.

ABŞ-dan təxminən 4 min TIR silahı və sursat alan PKK/PYD terror təşkilatı Suriya rejimindən kimyəvi silah əldə edib.

Publika.az “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, bu iddia ilə 2012-ci ilin əvvəlində Suriya ordusunda Kimyəvi Silahlar üzrə Dairə Başçılığı vəzifəsini icra edən general Zahir Sakid çıxış edib.

Onun sözlərinə görə, terror təşkilatı 2015-ci avqustun 31-də Bəşər Əsəd rejimi ilə kimyəvi silah mövzusunda razılaşıb. Razılaşma çərçivəsində Dəməşq PKK/PYD-yə xeyli miqdarda xardal qazı verib. Suriya ordusundan ayrılan generala görə, başlığına xardal qazı kapsulu yerləşdirilmiş 100 mərmi hazırda terror təşkilatının əlindədir.

“Son təslimat Deyr-ez-Zorda olub. Əsəd ilə PKK arasında Dəməşqdə əldə olunan razılaşmanın ilk maddələrindən biri bu silahın Türkiyəyə qarşı istifadə edilməsi ilə bağlıdır. ABŞ da təşkilatın əlində olan kimyəvi silahla bağlı məlumatlara malikdir. PKK-ya xardal qaz verən rejimin məqsədlərindən biri kimyəvi silahın tətbiqi ilə bağlı cinayət işində özünə yeni tərəfdaş tapmaqdır. Hazırda Birləşmiş Millətlər Təşkilatında Suriya ordusunun kimyəvi silahdan istifadə etdiyinə dair 32 sənəd var”, - general deyib.

Hazırda RKK-nın əlində olan kimyəvi silahların Münbiçdəki Tişrin anbarının ətrafında yerləşən bir anbarda mühafizə edildiyi bildirilir. Kimyəvi sursatı mərmi kapsuluna çevirdiklərini deyən general anbarın yerləşdiyi ərazinin Cerablusa olduqca yaxın mövqedə yerləşməsinə diqqət çəkib. Cerablusa Türkiyənin himayə etdiyi Azad Suriya Ordusu nəzarət edir.

“Bu, böyük ehtimalla Türkiyənin Münbiç əməliyyatına cavab vermək üçündür”, - o söyləyib.

Zahir Sakid bildirib ki, Əsəd həmçinin Xama və Xümsdə İŞİD-i kimyəvi silahla təmin edib. Onun sözlərinə görə, İŞİD kimyəvi silahların əhəmiyyətli hissəsini Mare-Bab cəbhəsində istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm