Məkkədə biabırçılıq (FOTO)
Bizi izləyin

Dünya

Məkkədə biabırçılıq (FOTO)

Bütün müsəlmanlar üçün müqəddəs məkan olan Məkkədə misli görünməmiş biabırçılıq yaşanıb.

Məkkə şəhərindəki Kəbədə, zəvvarların təhlükəsizliyin təminatı üçün xüsusi vəzifəyə görəvləndirilmiş polis zabitlərindən biri Kəbə divarına söykənib, ayağını da müqəddəs Kəbəyə qoyub.


Bu olayın fotoşəkili sosial şəbəkələrdə yayılandan sonra çox böyük qalmaqal qopub.


Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Məkkə əmiri Məşal bin Abdulla bin Əbdüləziz olayın araşdırılması ilə bağlı Səudiyyə Ərəbistanının Prokurorluğuna göstəriş verib.


"Bu polis zabitinin davranışı tərbiyəsizlik, qəbuledilməz hadisədir. Müsəlmanların müqəddəs məkanında hər kəs ədəbli davranmalıdır", - Məkkə əmiri bildirib.

Ərəblərdə kimisə ən ağır şəkildə təhqir etmək istəyən adam ya ayaqqabısını ona atır, ya da ayaqqabısını çıxarıb onu döyür. Ayaqqabının harasa qoyulması o yerin aşağılanması, təhqiri kimi qəbul olunur.

Milli.Az Arab News-a istinadən bildirir ki, Məkkənin polis rəisi, general-mayorƏbdüləziz əl Səuli Kəbədəki biabırçı olayla bağlı araşdırmanın başladığını bildirib:


"Bu insidenti qətiyyətlə pisləyirik. Həmin zabitə qarşı sərt inzibati, qanun çərçivəsində nəzərdə tutulmuş tədbirlər görüləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm