Həriri qərarını dəyişdi
Bizi izləyin

Dünya

Həriri qərarını dəyişdi

Səudiyyə Ərəbistanında məskunlaşan, noyabrın 4-də Livanın baş naziri postundan istefa verən Saad Həriri istefasını təxirə salıb.

Publika.az xarici xəbər verir ki, bu haqda Saad Həririnin özü bildirib.

O, istefa ərizəsini prezident Mişel Aunaya təqdim etdiyini, lakin prezidentin istəyi ilə istefa qərarını təxirə saldığını deyib.

Qeyd edək ki, Saad Həriri 17 gündən sonra dünən ölkəsinə qayıdıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm