ABŞ Yaxın Şərqdəki əsgərlərinin sayını artırır
Bizi izləyin

Dünya

ABŞ Yaxın Şərqdəki əsgərlərinin sayını artırır

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki hərbi gücünü artırır.

Publika.az
xəbər verir ki, Pentaqon Yaxın Şərqdəki əsgərlərinin sayının 54 min 180-ə çatdırdıqlarını açıqlayıb.

Pentaqonun hesabatında qeyd olunur ki, bu ilin may ayında Yaxın Şərqdəki amerikalı əsgərlərin sayı 40 min 517 olub. Sentyabr ayında isə bu rəqəm 54 min 180-ə çatdırılıb.

Hazırda Suriyadakı ABŞ əsgərlərinin sayı 723, İraqda isə 9 min 122-dir.

Pentaqon Yaxın Şərqdə hərbi qüvvələrinin sayını daha da artıracağını qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm