NATO rəhbəri Türkiyəyə zəmanət verdi
Bizi izləyin

Dünya

NATO rəhbəri Türkiyəyə zəmanət verdi

Stoltenbers Ərdoğandan üzr istədiyini xatırladıb.

NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın Norveçdə keçirdiyi hərbi təlimlərində yaşanan qalmaqalla bağlı növbəti bəyanat verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərbi alyansın rəhbəri belə hadisənin bir daha baş verməyəcəyinə dair zəmanət verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan baş vermiş hadisəyə görə üzr istədiyini xatırladan Stoltenberq Türkiyənin etibarlı bir NATO ölkəsi olduğunu vurğulayıb. Baş katib hadisə ilə əlaqədar araşdırmanın genişlədildiyini söyləyib.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və prezident Rəcəb Tayyib Ərdoğanın fotoları düşmən hədəfi kimi göstərilmişdi. NATO-nun baş katibi hadisəyə görə üzr istəmiş, lakin Türkiyə prezidenti üzrxahlığı qəbul etməkdən imtina etmişdi.

Hadisədən sonra Türkiyə təlimlərdəki 40 hərbçisini geri çəkib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm