Dünya
Kəşfiyyatın Türkiyə ilə bağlı MƏXFİ PLANI ORTAYA ÇIXDI – İKİ HƏDƏF
Bolqarıstan kəşfiyyatının arxivlərini hissə-hissə
ictimaiyyətə açıqlayan Məxfi Sənədlər Komissiyası Türkiyəyə qarşı
əməliyyatın sirlərini də açıb.
Publika.az xəbər verir ki, bolqar kəşfiyyatı Türkiyənin
bir neçə gün öncə vəfat edən ağır atletika üzrə əfsanəsi Naim
Süleymanoğlunu izləyirmiş.
Məxfi Sənədlər Komissiyasının rəsmisi Yekaterina Bonçeva “Nova
TV”-yə açıqlamasında Bolqarıstan Kəşfiyyat İdarəsinin Naim
Süleymanoğlu üçün hazırladığı xüsusi sənədə “Buqələmun” adını
verdiyini bildirib.
1987-ci ilə hazırlanan sənəd 1990-cı ildə Bolqarıstanda rejimin
devrilməsinə qədər qüvvədə qalıb.
N.Süleymanoğlu Türkiyəyə qaçandan sonra da 1986-1990-cı illər
ərzində bolqar kəşfiyyatı onu izləyib. Ağır atletin Türkiyədə
etdikləri qeyd olunaraq kəşfiyyat orqanına göndərilirmiş.
N.Süleymanoğlu ilə bağlı iki hədəf olub: birincisi, onun yenidən
Bolqarıstana qaytarılması və bu ölkəni təmsil etməsi; ikincisi,
ağır atlet geri qayıtmaq istəməsə, onun Türkiyə üçün yarışmasının
qarşısını almaq. İkinci hədəfdə ağır atletin idman üçün yararsız
vəziyyətə salınması var idi.
Lakin bolqar kəşfiyyatı buna nail ola bilməyib. N.Süleymanoğlu isə
dünyada Türkiyəni təmsil edərək, ən böyük rekordlara imza atdı.
Asif
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov