Tələbə qızdan QANDONDURAN HƏRƏKƏT: yeni doğduğu uşağı 5-ci mərtəbədən atdı
Bizi izləyin

Dünya

Tələbə qızdan QANDONDURAN HƏRƏKƏT: yeni doğduğu uşağı 5-ci mərtəbədən atdı

19 yaşlı tələbə yeni dünyaya gətirdiyi uşağı yataqxananın 5-ci mərtəbəsindən aşağı atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Çində baş verib.

Adı açıqlanmayan qızın uşağı digər tələbələr tərəfindən tapılıb.

Tələbənin ibtidai sinif müəllimliyi fakültəsində axırıncı kursda oxuduğu bildirilir.

Hadisənin şahidi olan bəzi tələbələr hadisənin axşam saatlarında baş verdiyini, lakin qızın səhər heç bir şey olmamış kimi dərsə gəldiyini deyiblər.

Hüquq mühafizə orqanları uşağın öldüyünü müəyyən ediblər. Ana isə müayinə üçün xəstəxanya yerləşdirilib.

Universitet müəllimlərindən biri qızın dərslərinin çox yaxşı olduğunu deyib. Hətta qız qrupda əlaçılardan olub. Müəllimlər bu aylar ərzində onun hamilə olduğunu bilməyiblər: “Qış olsa da, qalın geyimlər geyinməzdi. Buna baxmayaraq, onun hamilə olduğunu anlamamışıq”.

Araşdırmalar nəticəsində uşağın ana bətnində öldüyünü müəyyən ediblər. Əgər ana uşağı canlı halda binadan atsa idi, qəsdən adam öldürməyə görə ittiham ediləcəkdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm