Düşmən hücuma hazırlaşır - İtirilmiş ərazilər üçün QİSAS SÖZÜ
Bizi izləyin

Dünya

Düşmən hücuma hazırlaşır - İtirilmiş ərazilər üçün QİSAS SÖZÜ

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) Qorlovka rayonunun iki kəndinin Ukrayna Silahlı qüvvələri tərəfindən tutulmasına simmetrik cavab verəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda atəşkəs rejiminin koordinasiyası üzrə “DXR”-in nümayəndəsi Ruslan Yakubov jurnalistlərinə bildirib.

Onun sözlərinə görə, “respublika” öz silahlı qüvvələrini təkmilləşdirməklə məşğuldur.

Xatırladaq ki, Ukrayna ordusu noyabrın 25-də Donbasda neytral zonada iki kəndi nəzarət altına alıb. Söhbət separatçıların nəzarətində olan Qorlovkanın 20 kilometr şimalında yerləşən Travnevoe və Qladosovo kəndlərindən gedir.

Daha əvvəl yayılan xəbərdə isə bildirilirdi ki, Ukrayna ordusunun 54-cü briqadası Qorlovkanın ətrafına çıxmaq üçün genişmiqyaslı hücum əməliyyatına hazırlaşırdı. Lakin könüllülərdən birinin bu haqda sosial şəbəkədə yazması genişmiqyaslı hücumun qarşısını alıb.

Ukrayna ordusunun planları barədə sosal şəbəkədə yazılanlardan sonra “Donetsk Xalq Respublikası” separatçı qurumun rəhbərliyi əraziyə əlavə qüvvələri cəlb edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm