Atambayevdən yeni mahnı - “Payız valsı” - VİDEO
Bizi izləyin

Dünya

Atambayevdən yeni mahnı - “Payız valsı” - VİDEO

Tez-tez emosional mahnılar ifa etməklə gündəmə gələn Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev yeni mahnı ifa edib.

Publika.az xəbər verir ki, prezident “Payız valsı” adlı yeni mahnısını yutubda yayımlayıb.

Bir müddət əvvəl yerini keçmiş baş nazir Suronbay Cinbekova verən A.Atambayevin yeni mahnısı 13 mindən çox baxış sayı toplayıb.

Mahnını dinləyənlər çox uğurlu ifa alındığını qeyd ediblər.

Sabiq prezidentin daha öncə yayımlanan rus dilində “Axmaq sözlər”, “Sənsiz yaşaya bilmərəm”, “Ölməkdən qorxuram”, “Taleyə rəğmən” və qırğız dilində “Qırğızıstanım” mahnıları böyük bəyənmə sayı toplamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm