ABŞ Şimali Koreyanı müharibə ilə HƏDƏLƏDİ
Bizi izləyin

Dünya

ABŞ Şimali Koreyanı müharibə ilə HƏDƏLƏDİ

ABŞ Şimali Koreyanı müharibə elan etməklə hədələdi.

Publika.az xəbər verir ki, amerikalı senator Lindsi Qrem yerli telekanallardan birində çıxışı zamanı bu məsələni gündəmə gətirib. Onun sözlərinə görə, əgər Şimali Koreya raket sınaqlarını keçirməyə davam edərsə, bunun sonu müharibə ilə bitəcək: “Raket sınaqlarını dayandırması haqqında rəsmi müraciət edilib. Əgər yenə də sınaqlara davam edərlərsə, ABŞ bunu dayandırmaq məqsədilə müharibəyə başlamağa məcbur olacaq”

Qrem onu da qeyd edib ki, məsələnin sülh şəraitində həll olunmasını istəyir. Müharibə elan etmək vəziyyətdən çıxış yolu deyil: “ABŞ məsələni danışıqlar yolu ilə həll etməyə cəhd edir. Lakin bu o demək deyil ki, Kim Çen Ina Birləşmiş Ştatların materik hissəsinə raket zərbəsi endirməyə imkan verəcəyik. Buna qətiyyən imkanı vermək olmaz.”

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm