2018-ci ildə bu münaqişələr dünya müharibəsinə keçəcək - PROQNOZ
Bizi izləyin

Dünya

2018-ci ildə bu münaqişələr dünya müharibəsinə keçəcək - PROQNOZ

“2018-ci ildə qlobal müharibə ehtimalı çox yüksəkdir. İki regiondakı gərginlik qlobal müharibəyə keçə bilər”.

Publika.az xəbər verir ki, bu xəbərdarlıqla İsveçrənin “Le Temps” nəşrinin siyasi müşahidəçisi, keçmiş səfir Fransua Nordmann çıxış edib.

“Dünyada geosiyasi vəziyyət pisləşməkdə davam edir. Gərginliyin iki mərkəzi xüsusi narahatlıq yaradır: Koreya yarımadası və Yaxın Şərq”, - məqalədə deyilir.

Keçmiş diplomat Londondakı Beynəlxalq Strateji Tədqiqatlar və Silahsızlaşdırma İnstitutunun nüvə silahının yayılmaması proqramının direktoru Mark Fitspatrikanın fikirlərini xatırladıb. Onun sözlərinə görə, 2018-ci ildə Şimali Koreyanın iştirakı ilə qlobal müharibənin baş vermə ehtimalı 50 faiz təşkil edə bilər.

Siyasi müşahidəçi hesab edir ki, Şimali Koreyanın Amerika və Çinin təzyiqi altında nüvə sınaqları və ballistik raketlərin işə salınması proqramından imtina edəcəyi ağlasığmazdır.

“Təsəvvür etmək çətindir ki, Pxenyanı “atəş və qəzəb”lə hədələyən ABŞ prezidenti Donald Tramp belə şəraitdə necə reaksiya verəcək”, - məqalənin müəllifi qeyd edib.

Nordmann bildirir ki, Asiyanın başqa regionunda - Yaxın Şərqdə İran və Səudiyyə Ərəbistanı davakar ritorika ilə çıxış edir:

“Ər-Riyad İranın irəliləyişinə görə narahatdır. İranın təsiri İraq Kürdüstanına, Suriya Kürdüstanına və hətta Türkiyəyə qədər uzanır. Yəməndən Səudiyyə Ərəbistanına atılan raket, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın manevrləri, Livan ətrafındakı gərginlik və baş nazir Saad Həririnin istefası ikinci cəbhənin açılmasından ehtiyat etməyə əsaslar verir. Səudiyyə Ərəbistanı və İran arasında rəqabət kəskinləşməkdə davam edir. Beləliklə, 2018-ci ildə sakitlik olmayacaq və müharibə riski yüksək olaraq qalır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm