Türkiyə-ABŞ münasibətlərində gərginliyi artıracaq NÖVBƏTİ QƏRAR
Bizi izləyin

Dünya

Türkiyə-ABŞ münasibətlərində gərginliyi artıracaq NÖVBƏTİ QƏRAR

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü –red.) silah çatdırılmasının dayandırılacağına dair söz versə də, terror təşkilatının silah tədarükü davam edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ 2018-ci ildə İŞİD-lə mübarizəyə 500 milyon dollar ayrılacaq, YPG-yə isə 5 min AK-47 avtomat silahı çatdırılacaq.

“Milli Müdafiə Qanunu”na görə ABŞ 2018-ci ilin sentyabr ayına qədər Suriyada İŞİD-lə mübarizə çərçivəsində dəstəklədikləri qruplara 500 milyon dollar yardım edəcək. Bu qruplara həmçinin, 5 min ədəd AK-47, snayper tüfəngləri, ağır texnika və 21 milyon dollar maaş veriləcək.

Həmçinin, ABŞ-ın PKK-nın Suriyadakı güclərinə rabitə vasitələri çatdıracağı bildirilir.

ABŞ-ın YPG-yə verəcəyi silahlar ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən ictimaiyyətə açıqlanmasa da, Pentaqona yaxın hərbi nəşr “Military Times” (MT) siyahını dərc edib. MT-nin siyahısına görə, YPG-nin əsasını təşkil etdiyi “Demokratik Suriya Güçlərinə” ABŞ tərəfindən bu silahlar veriləcək: 6 min “Bixi”, 3 min 500 “Doçka”, 3 min “RPG-7” tank əleyhinə mərmi, 1000 “AT-4” və “SPG-9” yeni nəsil tank əleyhinə mərmiləri, 235 minaatan, 150 “AN/PVS 7b” gecə müşahidə gözlüyü, 150 “AN/PEQ 2” lazer qurğusu.

Brüsseldə NATO-nun baş qərargahında keçirilən toplantıya qatılan Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın PYD-yə verdiyi silahların 3 min TIR-ı keçdiyini və bu rəqəmin İŞİD-lə mübarizə ilə üst-üstə düşmədiyini bildirib.

Türkiyə KİV-i isə Ərdoğanla Tramp arasındakı telefon danışığının bəzi detallarını yayıb. Məlumata görə, Tramp telefon danışığı zamanı Ərdoğanın PYD-yə verilən silahların aqibəti barədə sualına, artıq terror qruplaşmasına silah təchizatının dayandırıldığı cavabını verib. Türkiyə prezidenti Trampa etiraz edərək “Dayandırmışıq” deyirsiniz, əvvəl 1500 TIR idi, artıq 4000 TIR olub”, - deyib. Ərdoğanın reaksiyası qarşısında təəccüblənən Tramp “Dərhal əmr verirəm, dayandırıram”, - söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm