Kılıçdaroğlu və deputatlar hakim qarşısına çıxarılacaq
Bizi izləyin

Dünya

Kılıçdaroğlu və deputatlar hakim qarşısına çıxarılacaq

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da daxil olmaqla, bütün partiya Məclisi haqqında cinayət işi açılıb.

Publika.az xəbər verir ki, istintaq partiya məclisinin 6 noyabr 2016-cı il tarixində təşkil etdiyi toplantıdan sonra açıqladığı sənədləri araşdırmaq üçün təşkil edilib.

Belə ki, CHP məclisi keçən il HDP partiyası və “Cümhuriyyət” qəzetində baş verən həbslər səbəbilə fövqəladə iclas keçirərək sənədlər yayımlayıb. Sənədlərdə “FETÖ, PKK, İŞİD terror təşkilatlarına yardım edən Saray və AKP partiyasının idarəçiləri demokratiya və ölkənin suverenliyinə böyük təhdiddir” ifadələri də yer alıb.

Başladılan istintaq işləri çərçivəsində partiya məclisinin üzvü olan millət vəkilləri haqqında prezidentə təhqir iddiası ilə bağlı dosyelər hazırlanaraq Türkiyə Böyük Millət Məclisinə göndərilib. Millət vəkillərinin toxunulmazlığı konsitutsiyaya əsasən ləğv edilərsə, K.Kılıçdaroğlu da daxil olmaqla, bütün partiya üzvləri hakim qarşısına çıxarılacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm