Yaponiyada 200 ildən sonra bir İLK
Bizi izləyin

Dünya

Yaponiyada 200 ildən sonra bir İLK

Yaponiyanın baş naziri Şinzo Abe imperator Akihitonun gələn ilin aprel ayında taxtdan gedəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu hadisə ilə Akihito Yaponiyada 200 il sonra taxtdan gedən ilk hökmdar olacaq.

Yaponiyada ən son 1817-ci ildə imperator Koukaku öz istəyi ilə taxtadan ayrılmışdı. Akihito isə atası Hirohitonun 1989-cu ildə vəfat etməsindən sonra 55 yaşında taxta keçmişdi. Onun istefasından sonra 57 yaşlı oğlu şahzadə Naruhitonun hakimiyyətə gəlməsi gözlənilir.

Qeyd edək ki, Yaponiya 2000 ildir ki, varislik prinsipi ilə idarə edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm