Rusiyalı deputat Kim Çenin Inın mesajını ABŞ-a çatdırdı
Bizi izləyin

Dünya

Rusiyalı deputat Kim Çenin Inın mesajını ABŞ-a çatdırdı

Koreya Xalq Demokratik Respublikası (KXDR) danışıqların başlanması üçün onun nüvə dövləti kimi tanınmasını tələb etmir.

Publika.az xəbər verir ki, bunu KXDR-ə səfərin nəticəsinə görə Rusya Dövlət Dumasının deputatı Vitali Paşin “RİA-Novosti” agentliyinə bildirib.

Paşinin sözlərinə görə, Pxenyan ümumiyyətlə danışıqlara hazırdır və hansı statusda olmasının əhəmiyyəti yoxdur.

Eyni zamanda, deputat bildirib ki, Pxenyan nüvə proqramından imtina etməyə hələ hazır deyil. Dövlət Dumasının sözlərinə görə, KXDR-də hesab edirlər ki, sanksiyalar ölkəni daha da güclü edir.

Şimali Koreyanın rəsmi qəzeti olan “Nodon Sinmun”un oktyabr ayında yazdığına görə, Pxenyan ABŞ-a onun nüvə dövləti kimi tanınmasından sonra sülh içində yaşamağı təklif edib.

Qeyd edək ki, Şimali Koreyanın ötən gecə növbəti raket sınağını keçirməsi ilə Koreya yarımadası ətrafında vəziyyəti daha da gərginləşdirib. Raket 4 min 475 kilometr hündürlüyə qalxdıqdan sonra 950 kilometr uçub və Yaponiya sahillərinə düşüb. Raket 53 dəqiqə havada qalıb. Pxenyandan verilən açıqlamaya görə, yeni raket “Xvason-15” adını alıb.

Şimali Koreya lideri Kim Çen In isə raket sınağından sonra nüvə güclərinin yaradılmasının tamamlandığını bəyan edib. Pxenyan, həmçinin Vaşinqtonun iddiasına görə, “Xvason-15” qitələrarası ballistik raketi ABŞ-ın istənilən nöqtəsinə nüvə hərbi yükünü çatdırmağa qadirdir.

ABŞ, Yaponiya və Cənubi Koreyanın ilkin hərbi analizinə əsasən, raket öz xarakteristikalarında bütün əvvəlki modifikasiyaları üstələyir.

ABŞ prezidenti Donald Tramp raket sınağından sonra KXDR-ə qarşı yeni sanksiyaları tətbiq etməyə söz verib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, Vaşinqton dünyanın bütün ölkələrini Pxenyanla istənilən əlaqələri kəsməyə, həmçinin ticarəti dayandırmağa və Şimali Koreya işçilərini deportasiya etməyə çağırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm