Rusiyaya vurulacaq ən güclü zərbənin DETALLARI: Putinə seçki “HƏDİYYƏSİ”
Bizi izləyin

Dünya

Rusiyaya vurulacaq ən güclü zərbənin DETALLARI: Putinə seçki “HƏDİYYƏSİ”

Rusiyanın xüsusi xidmət orqanları Moskvaya qarşı yeni sanksiyaların tətbiqinə hazırlıqla bağlı Avropa ölkələri və bir sıra başqa dövlətlərdə ABŞ-ın maliyyə kəşfiyyatının görünməmiş fəallığını qeydə alıb.

Publika.az xəbər verir ki, bu haqda şəxsi mənbələrə istinadən “Rosbalt” agentliyi bildirib.

Agentliyin məlumatına görə, söhbət on minlərlə rusiyalıdan, ilk növbədə dövlət şirkətlərinin işçiləri, məmurlar, onların yaxın və uzaq qohumlarından gedir. Vaşinqtonda onların bank hesabları, mülkləri və istənilən başqa aktivləri ilə maraqlanırlar.

Amerika maliyyə kəşfiyyatının fəallığı Rusiyanın ABŞ-dakı seçkiləri müdaxiləsinə dair Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırması və Senatın hazırladığı məruzə ilə birbaşa bağlıdır. Gözlənilir ki, iş bu ilin sonunda başa çatdıralacaq və araşdırmanın ilk nəticələri 2018-ci ilin fevralında açıqlanacaq.

“Bizdə məlumatlar var ki, siyahı görünməmiş ölçüdə olacaq. ABŞ-da bəziləri az qala Rusiyanın 50 min vətəndaşına qarşı sanksiyaların tətbiq edilməsini təklif edirlər. Görünür, bu, Rusiyadakı prezident seçkiləri ərəfəsində (2018-ci ilin martında keçiriləcək –red.) ABŞ-ın xüsusi demarşı olacaq”, - Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirib .

Xatırladaq ki, Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsi haqqında rəsmi araşdırma 2017-ci ilin martından aparılır. Araşdırmanın materiallarının bir hissəsi məxfiləşdirilib və dövlətin təhlükəsizliyinin qorunması məqsədilə bu informasiyalar açıqlanmayacaq. Yalnız araşdırmanın nəticələri dərc olunacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm