Dünya
Putin Amerikanın 9 agentinin siyahısını verdi
Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb.
Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda hüquqi informasiyanın rəsmi internet-portalında yerləşdirilən xəbərdə deyilir.
Xarici KİV-lər “xarici agent” statusunun verilməsindən sonra hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş məhdudiyyətlər və qadağalara məruz qalacaq.
Noyabrın 25-də Rusiya prezidenti xarici KİV-ləri agentlərlə bərabərləşdirməyə icazə verən qanunu imzalayıb. Noyabrın 29-da isə Dövlət Dumasına xarici agent funksiyalarını yerinə yetirən KİV-lərin 5 milyon rubla qədər inzibati cərimə edilməsini nəzərdə tutan qanun layihəsi daxil edilib.
Parlament üzvləri vurğulayırlar ki, qanunvericilik ABŞ-ın Rusiya KİV-i - “Russia Today” (RT) və “Sputnik” telekanalı barəsində hərəkətlərinə cavab olaraq daxil edilir.
Federasiya Şurasındakı mənbənin “Sputnik” agentliyinə verdiyi məlumata görə, “xarici agent” statusunu ABŞ-ın 9 KİV-a alacaq.
Daha əvvəl isə bildirilirdi ki, “xarici agent” statusu “Amerikanın Səsi”, “Radio Azad Avropa/Radio Azadlıq” radiokanallarına, “Əsl vaxt” telekanalına, “Azadlıq Radiosu”nun regional layihələri “Krım. Reallıqlar”, "Sibir. Reallıqlar”, “Qafqaz. Reallıqlar” və “Faktoqraf” daxildir.
Ömər Dağlı
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin

































