"Əmri Ərdoğanın verdiyini söylə...” - Zərraba ABŞ-dan İNANILMAZ TƏZYİQ
Bizi izləyin

Dünya

"Əmri Ərdoğanın verdiyini söylə...” - Zərraba ABŞ-dan İNANILMAZ TƏZYİQ

Azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da həbs edilmədən 5 ay öncə Dubay şəhərində saxlanıldığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən həbs edilən Rza Zərraba Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı günahkar çıxarmaq üçün təzyiq göstərilib.

İddialara görə, R.Zərrab 2015-ci ilin oktyabr ayında şəxsi təyyarəsi ilə Dubaya gedib. Təyyarədən enəndən dərhal sonra MKİ tərəfindən saxlanılan Zərraba “hər şeyi qəbul et, əmri Ərdoğanın verdiyini söylə” təzyiqi göstərilib. O, isə yaxın dostuna bunları danışıb və təzyiqlərə uymayaraq Türkiyəyə geri qayıtdığını deyib.

Eyni zamanda MKİ Zərraba ABŞ-a getmədən öncə əxlaqsız təklif edib. Təklifdə casusluq ittihamı ilə həbs edilən ABŞ Baş Konsulluğu nümayəndəsi Metin Tpouz da yer alıb. Beləliklə, Zərraba İstanbulda ikən ABŞ-a getməsi və sualları cavablandırması bildirilib. Həbs edilməyəcəyinə dair söz də verilib.

Zərrab isə 2016-cı ilin mart ayında Disneylanda getmək bəhanəsilə ABŞ-a uçub və FTB tərəfindən Mayami şəhərində həbs olunub.

FETÖ-çülər də Zərraba prezident R.T.Ərdoğana şər atması qarşılığında azadlıq vəd edib. Zərrabın bu formada ifadə verməsini istəyən isə terror təşkilatının üzvü vəkil Xəlil İbrahim Qoca olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm