Saakaşvili saxlanıldı, Kiyevdə ara qarışdı - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Saakaşvili saxlanıldı, Kiyevdə ara qarışdı - FOTO/VİDEO - (YENİLƏNDİ)

Son məlumata görə, Saakaşvilinin intihar cəhdinin qarşısı alınıb və o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saakaşvilinin saxlanılmasından sonra onun tərəfdarları mitinqə başlayıb.

***

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə yaşadığı binanın damına çıxaraq özünü aşağı atmaqla hədələyir.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna KİV-i bildirib.

Binanın ətrafına gələn polislər Saakaşvilini saxlamağa çalışırlar.

“İndi Saakaşvili damdadır və polislərlə danışıqlar aparır. Siyasətçi deyir ki, əgər ona toxunarlarsa, o damdan tullanacaq. Evə xilasedicilər və həkimlər gəliblər”, - “1+1” telekanalının xəbərində deyilir.

Saakaşvilinin silahdaşı David Sakvarelidze səhər saatlarında bildirib ki, naməlum şəxslər Saakaşvilinin mənzilinin qapısını sındırırlar. Ukrayna KİV-inin məlumatına görə, siyasətçinin evinə səhmlərin maliyyələşdirilməsi haqqında cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları gəliblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm