“Bu, hamımız üçün fəlakət ola bilər” – Türkiyədən XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Bu, hamımız üçün fəlakət ola bilər” – Türkiyədən XƏBƏRDARLIQ

“Qüds Məkkə və Mədinədən sonra müsəlmanların dəyər verdiyi üçüncü şəhərdir. Qüds müsəlmanların ilk qibləsi və ortaq dəyəridir”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı bu gün veriləcəyi nəzərdə tutulan bəyanatını şərh edən Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

“Qüds müsəlmanların izzəti, qüruru və şərəfidir. Qüds yalnız fələstinlilərin deyil, bütün müsəlmanların ortaq məsələsi, Yaxın Şərq və dünyada sülhün açarı, müsəlmanların qırmızı xəttidir. Qüdsün statusu, beynəlxalq razılaşmalarla təminat altına alınıb. Qüdsün statusunu qorumaq həm BMT üzvlərinin, həm də bütün müsəlmanların borcudur”, - Bəkir Bozdağ bildirib.

Onun sözlərinə görə, Qüdsün İsrailin paytaxtı kimi tanınması böyük çətinliklərlə həyata keçirilən sülh prosesini məhv edə bilər: “Qüdsün paytaxt kimi tanınması bölgədə böhran, xaos və qarşıdurmalara gətirib çıxara bilər. Bir sözlə, bu, hamımız üçün böyük bir fəlakət olar. Bu, dünyanı nə zaman sönəcəyi məlum olmayan bir atəşə atmaqdır. Hər kəsi sülhü təhlükəyə atmaqdan çəkinməyə çağırıram”.dəvət edirəm”.

Qeyd edək ki, Ağ Evin mətbuat xidmətindən yayılan məlumata əsasən, Donald Tramp bu gün Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıdığına dair bəyanat verəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm