Jirinovski prezidentliyə real namizədlərin adlarını açıqladı
Bizi izləyin

Dünya

Jirinovski prezidentliyə real namizədlərin adlarını açıqladı

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski prezidentliyə “real” namizədlərdən danışıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, partiya sədri Rusiya prezidenti postuna yalnız özü və hazırkı prezidenti Vladimir Putini real namizəd hesab etdiyini deyib.

Siyasətçi həmçinin bu posta digər iddiaçıların şanslarını qiymətləndirib. Onun sözlərinə görə, “Yabloko” (“Alma”) partiyasının qurucusu Qrigori Yavlinskiy seçkilərdə 1 faiz səs alacaq. Jurinovskinin fikrincə, televiziya aparıcısı Kseniya Sobçak 3 faiz səs toplayacaq.

“Züqanov (Rusiya Kommunist Partiyasının lideri – red.) siyasi ölüdür. Mironov (“Ədalətli Rusiya” Partiyasının lideri - red.) hətta namizədliyini vermək istəmir, hansısa bir xanımın namizədliyini irəli sürəcəklər. O da həmçinin, heç bir səs toplamayacaq”, - Jirinovski proqnozlaşdırıb.

Daha əvvəl Kseniya Sobçak Vladimir Putinin seçkilərdə qələbə qazanacağını deyib.

Qeyd edək ki, Putin 2018-ci ildə prezident seçkilərində iştirakını rəsmən elan edib. Putin bu haqda bu gün Nijni-Novqorodda “QAZ” avtomobil zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib.

“Bəli, mən Rusiya Federasiyasının prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - Putin deyib.

Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm