“ABŞ və İsraildən başqa…” - Ərdoğandan sərt QÜDS BƏYANATI
Bizi izləyin

Dünya

“ABŞ və İsraildən başqa…” - Ərdoğandan sərt QÜDS BƏYANATI

“Qüdsün İsrailin paytaxtı kimi tanımaq bu bölgəni atəşin içinə atmaqdır”.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını şərh edərkən deyib.

“Qüds müsəlmanların, xristianların və qismən də musəvilərin ibadətgahı kimi qəbul edilib. Məscid-i Aksa müsəlmanların ilk qibləsidir. Belə bir addım bu bölgəni atəş içinə atmaqdır. Ey Tramp, sən nə etmək istəyirsən?” – Türkiyə prezidenti Yunanıstan səfəri öncəsi Esenboğa hava limanında bildirib.

Türkiyə lideri ABŞ prezidentinin Qüds bəyanatı ilə BMT Təhlükəsizlik Şurasının 1980-ci il tarixli qətnaməsini heçə saydığını vurğulayıb: “ABŞ və İsraildən başqa, dünyanın heç bir ölkəsi BMT Təhlükəsizlik Şurasının 1980-ci il tarixli qətnaməsindən kənar addım atmayıb. İndi isə bunu yenidən gündəmə gətirməklə Trampın nə etmək istədiyini anlamaq mümkün deyil. Nə etmək istəyirsiniz? Siyasi liderlər qarışıqlıq yaratmaq üçün deyil, barışdırmaq üçün lazımdır”.

Ərdoğan Roma Papası Fransisklə mövzunu müzakirə edəcəyini bildirib.

Qeyd edək ki, Tramp dekabrın 6-da verdiyi bəyanatında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm